Zakir Həsənov və Nəcməddin Sadıkov cəbhə bölgəsində

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar.


APA TV-nin xəbərinə görə, cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan nazir taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb. Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.
 

Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyacan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri nüdafiə naziri tərəfindən göstərilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş səraitinə uyğun olaraq atışlar icra edib.


Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.


Nazirliyin rəhbərliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir.

Müəllif | Apa.Tv
Apa.tv