Bakıda QDİƏT-ə üzv dövlətlərin Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilib

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Gömrük İdarələri Rəhbərlərinin iclası keçirilib. APA TV-nin məlumatına görə,  iki gün davam edən iclasda Bolqarıstan, Rumıniya, Ukrayna, Yunanıstan, Belçika, Rusiya və digər ölkələrin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Rza Həsənəliyev bildirib ki, bu iclasın keçirilməsi gömrük xidmətləri arasında təcrübə mübadiləsinə müsbət təsir göstərəcək. O bildirib ki, QDİƏT yaradılması iqtisadi əməkdaşlığa böyük təkan verib.

 

QDİƏT-in baş katibi Trayan Çelebeu təşkilatın bundan öncə keçirilmiş iclaslarını xatırladaraq bildirib ki, son iclasdan bəri bir sıra nailiyyətlər əldə olunub. O qeyd edib ki, bu ilin sentyabrın 24-də İstanbulda keçirilən iclasda QDİƏT-ə üzv ölkələr arasında gömrük xidməti sahəsində və ticarətin sadələşdirilməsində “bir pəncərə” sisteminin yaradılması ilə bağlı birgə işçi qrupu yaradılıb.

 

QDİƏT-ə üzv dövlətlərinin gömrük təşkilatlarının rəhbərləri çıxış ediblər. Tədbirin sonunda QDİƏT-ə üzv ölkələrin Gömrük İdarələri Rəhbərlərinin “Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri” mövzusunda iclasın Bakı Bəyannaməsi qəbul edilib.

 

Müəllif | Apa.Tv