Bakıda yağış yağacaq, bölgələrdə şaxta olacaq
Sabah Azərbaycanda küləkli və yağışlı hava şəraiti müşahidə olunacaq. Bakıda və Abşeron yarımadasında noyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya bildirilib ki, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında noyabrın 27-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.