Bakıda zibillikdən yeni doğulmuş uşaq tapılıb
Bakıda küçədə yeni doğulmuş uşaq tapılıb. APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən Moskva prospekti ev 86-nın qarşısındakı məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb və o, 1 saylı körpələr evinə təhvil verilib.
Araşdırmalar aparılır.