Dişlərinizin sağlam olmasını istəyirsinizsə...

Sağlam dişlər hər üzün gözəlliyidir. Bu gözəlliyi qorumaq üçün gündəlik rasionumuzda olan bir çox məhsula diqqət etməliyik. Qəbul etdiyimiz qidaların əksəriyyəti  diş və damaqlara həm mənfi, həm də müsbət təsir göstərə bilər. Qidalar biz fərqində olmadan, sonda diş və damaqların korlanmasına gətirib çıxarar və ya əksinə...

 

Dişlər üçün faydalı qidalar bunlardır:

 

Kök - tərkibində olan karortin damaqlar üçün çox xeyirlidir. Çiy halda diş və damaqlar üçün əla trenajor vasitəsi də sayılır.

 

Süd - tərkibində olan kalsium diş üçün tikinti materialı sayılır.

 

Balıq - bu məhsulun tərkibindəki fosfor dişlər üçün çox lazımlıdır.

 

Göyərti - qrqanik kalsiumun təbii mənbəyidir.

 

Dəniz kələmi - tərkibində yodun və digər mikroelementlərin yüksək miqdarda olması orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.

 

Alma - damaqları yaxşı masaj edir və diş ərpini təmizləyir.

 

Balqabaq - tərkibində ftor, sink və selenin olması dişləri ağardır, möhkəmləndirir və daha sağlam edir.

 

Soğan - tərkibində olan C vitamini və fitonsidlər damaqların möhkəmlənməsinə səbəb olur.

 

Diş və damağın sağlamlığı bütün orqanizmin sağlamlığından asılı olduğundan həkimlər hər bir insana qan dövranını stimullaşdıran və immun sistemini möhkəmləndirən idman məşğələlərini məsləhət görürülər. Barmaqlarla damaqlara edilən gündəlik masaj paradontozun əla profilaktikasıdır.

 

Mütəxəssislər hesab edir ki, həddən artıq soyuq və ya isti su diş emalında çatların yaranma təhlükəsini artırır. Buna görə mayelərin otaq temperaturunda saxlanması və bu şəkildə qəbulu məsləhət görülür. Gündəlik rasionda turş olmayan meyvə və tərəvəzlər üstünlük təşkil etməlidir. Həmin məhsullar vitamin və mineralların əsas mənbəyi sayılır. Bundan əlavə meyvə və tərəvəzləri çiy yedikdə onlar, ağız boşluğunda qan dövranını stimullaşdırır, damaqları masaj edir və diş emalını möhkəmləndirir.

 

Dişlər və damaqlar üçün zərərli qida mıhsulları isə bunlardır:

 

Təmizlənmiş və təmizlənməmiş qovrulmuş tumlar - tumları dişlə təmizlədikdə, diş emalının mexaniki zədədlənməsi baş verir. Tez-tez təkrar olunduqda isə emal bərpa olunmaya bilər.

 

Suxarı və ya digər çox bərk məhsullar - əsasən diş emalına pis təsir edir və damaqları zədələyir.

 

Limonad, kola və digər şirin, qazlı içkilər - tərkiblərində olan ziyanlı maddələr diş emalını korlayır.

 

Şəkər və yulaf yarması - kalsiumun mənimsənilməsini  bloklayır.

 

Albalı, qarağat və digər turş giləmeyvələr - tərkiblərində olan meyvə turşuları diş emalını korlayır.

 

APA TV-nin xəbərinə görə, həkimlər bütün orqanlar kimi dişlərin də əvvəldən qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar. Bunun üçün digər tələblərlə yanaşı, qəbul edilən qidalara diqqət edilməsi əsas şərtlərdəndir...

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı