“FINCA Azerbaijan”ın Nərimanov filialının yeni binasının açılışı olub
Noyabrın 26-da “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Nərimanov filialının yeni inzibati binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində təşkilatın rəhbər şəxsləri ilə yanaşı, Nərimanov İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri, eləcə də uzun müddət filialla əməkdaşlıq edən müştərilər iştirak edib.
FINCA daimi müştərilərinə hədiyyələr təqdim edib.
FINCA standartlarına tam cavab verən yeni müasir ofis müştərilərin rahatlığını təmin etməklə onlara göstərilən maliyyə xidmətlərinin ən yüksək səviyyədə təşkilinə şərait yaratmaqda kömək edir.
"Nərimanov filialın açılışında iştirak etməyimə çox şadam. Biz əslində 80 faiz fəaliyyətimizi bölgələrdə qururuq. Amma 2015-ci il üçün planımız məhz kiçik və orta sahibkarlıq kreditlərini inkişaf etdirməkdir və bu ofisdə də həmin bölmənin əsas qərargahıdır. İlk olaraq onlar burda başlayırlar fəaliyyətə və 2015-ci ildə Bakıda xidmət şəbəkəsini genişləndirməyi düşünürük".
"Bakı şəhərində və Abşeron rayonunda hal-hazırda bizim 7 filialımız var. Bildiyiniz kimi bu günləri biz Nərimanov rayonunun yeni inzibati binasının açılışını etdik. Əlbəttə ki, bu son deyil. Biz Əhmədli ofisinin açılışını edəcəyik. Məhəmməd Hadi küçəsi 51 ünvanında yerləşir və il ərzində ilin sonuna kimi daha iki filial -asamal filialı və Qaradağ rayonunda bizim mövcud filialla yanaşı, digər yeni bir filialın açılışını planlaşdırırıq".
Hazırda, Nərimanov filialı kimi fəaliyyət göstərən ofis 2006-cı ildə yaradılıb və Şərq bazarı filialı kimi fəaliyyət göstərib. 2014-cü ildən etibarən Nərimanov rayonu, Həsənoğlu 31 B ünvanında yerləşən yeni inzibati binada müştərilərə xidmət göstərməkdə davam edən ofis yeni adla – Nərimanov filialı kimi daha geniş müştəri auditoriyasına – kiçik və orta sahibkarlara biznes və kənd təsərrüfatı kreditlərini təqdim etməkdə davam edir.
30 nəfərdən ibarət işçi heyəti ilə 1600 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərən Nərimanov filialı 4 milyon ABŞ Dollarından artıq kredit portfelini idarə edir.