"Koroğlu" stansiyasının yaxınlığındakı körpüdə növbəti dəfə intihara cəhd olub

Bakıda “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib. APATV-nin məlumatına görə, Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu körpüyə çıxaraq, özünü yerə atacağını deyib. O, borca görə intihara cəhd etdiyini, həyatından bezdiyini söyləyib. Hadisə yerinə gələn Fövqəlada Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və psixoloqlar onu bu addımındaт çəkinməyə nail olublar. Ş.Şahmarov təxminən bir saata kimi davam edən əməliyatın sonunda intihar etmək üçün çıxdığı körpüdən düşməyə razılıq verib. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib. Ailə üzvləri ilə görüşən Ş.Şahmarov peşman olduğunu lakin, başqa çıxış yolunun olmadığını söyləyib.

 

Ş.Şahmarov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb.

 

Qeyd edək ki, xilasetmə əməliyatı ilə bağlı yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Bu zaman qəza baş verib. "Opel" markalı maşınla sərnişin avtobosunun toqquşması nəticəsində 55 yaşlı Fərzəliyeva Mehriban Qurbanəli qızı xəsarət alıb. O, təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib, vəziyəti yaxşıdır.

 

Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv