Bakıda məscidi belə yandırmaq istədilər - REAL GÖRÜNTÜ

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məscidi yandıran şəxsin görüntüləri yayılıb. APA TV-nin məlumatına görə, təhlükəsizlik kameralarına düşən şəxs üzünü gizlədərək əvvəlcə məscidin qapısının orta şüşəsini sındırıb, daha sonra əlindəki molotov kokteylini alışdıraraq məscidin içinə atıb.

 

Xatırladaq ki, noyabrın 26-da səhər saatlarında Qaraçuxur məscidində yanğın olub. Yanğın nəticəsində məscidə 6-7 min manat həcmində ziyan dəyib. Məscidin axundu Mirmahmud Fəttayev məscidin yandırıldığını iddia edib. Lakin bununla bağlı rəsmi məlumat verilməyib.

 

Qafqaz Müsəlmanları İdarəsindən isə (QMİ) APA-ya bildirilib ki, həmin məscid daxilində və yaxud məscidin idarəçiliyini həyata keçirən dini icma ilə bağlı heç bir problem yoxdur. Baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib və bunun araşdırılması üçün hüquq-mühafizə orqanları məşğul olur.

 

Müəllif | Apa.Tv