Saxlanılan sabiq polis: "Oğurladığım pulları kefə və narkotikə xərcləyirdim"
Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları mağaza və apteklərdən oğurluq eədn Ceyranbatan sakinini saxlayıblar. O, 11 oğurluq epizodunda təqsirləndirilir. APA TV-nin məlumatına görə, aparılan əməliyyat zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən şəxs sabiq polis əməkdaşı Abdullayev Süleyman Məhərrəm oğludur. İlkin dindirilmə zamanı o, cinayət əməlini etiraf edib. İstinnaqla müəyyən edilib ki, Süleyman Abdullayev Abşeron rayonundakı 3, Binəqədi rayonundakı 2 , Yasamal rayonundakı 1 marketdən oğurluq edib. Digər əməllərini isə Sumqayıtda törədib: "Üst-üstə 6 il məhkumluğum olub. Ceyranbatanda qalsam da Sumqayıta gəlib-getmişəm . Yaxın olduğundan gəlib oğurluq edib, qayıtmışam. Pulum qurtarana kimi başqa oğurluq etmirdim".
Oğurluq hadisələrini əsasən gündüzlər törədib. Süleyman Abdullayevin sözlərinə görə, təkcə Sumqayıtda iki market və aptekdən ümumilikdə 980 manat oğurlayıb. Oğurladığı pulları isə kef məclislərində və narkotik vasitə almaq üçün istifadə edib.
S.Abdulley həm narkotik vasitələrdən istifadə etdiyinə, həm də oğuluq etdiyinə görə peşman olduğunu bildirib: "Peşmanam, yaxşı deyil narkotik..."
Süleymanovun bir qadının qızıl boyunbağını oğurlayınaq qaçdığı da müəyyənləşib. Polis onun analoji çinayətlərdə iştrakını istisna etmir. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.