Zaqatala sakinini maşın vurub

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.  APA TV-nin  məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Elgün Aydın oğlu Qardaşov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən piyada, Zaqatala rayonu Göyəm kənd sakini, 1952-ci il təvəllüdlü Nəcməddin Şaban oğlu Xalayevi vurub. Yaralını sürücü Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Nəcməddin Xalayevə başın kəsilmiş-deşilmiş yarası və kəllə-beyn travması dioqnozu qoyulub, müalicəsi xəstəxanada aparılır.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov