Arvadını öldürən keçmiş polisə 9 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə ittiham olunan Kəngərli rayon sakini Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, prokuror Dilavər Əhmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili və özü çıxış edərək cəzasının yüngülləşdirilməsini istəyib. Müttəhim azyaşlı uşaqlarının olduğunu xatırladıb. Müşavirədən hökm elan olunub, Dilavər Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Təqsirləndirilən şəxs 2003-2011-ci illər ərzində polis orqanlarında çalışıb. Dilavər Əhmədov bu ilin mayında ailə üzvləri ilə birlikdə kirayə yaşadığı Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsindəki evdə həyat yoldaşı Gövhər Əhmədova ilə mübahisə edib. Gövhər Əhmədova təkidlə evdən gedəcəyini və uşaqları da özü ilə aparacağını bildirib. Bundan sonra ər arvadını boğaraq öldürüb. 

Müəllif | Apa.Tv
Apa.tv