İŞİD sünnilərin məzar və türbələrini dağıdıb - REAL GÖRÜNTÜ
İŞİD terror təşkilatının üzvləri sünnilərin məzar və türbələrini dağıdıblar. Terrorçular iyun ayından işğal etdikləri İraqın Səlahəddin əyalətində sünnilərin məzar və türbələrini partladaraq yerlə yeksan ediblər. APA TV-nin xəbərinə görə, partlayış və dağıdılma görüntüləri sosial şəbəkələrdə yayılıb.
Terror təşkilatı məzarları yox etmək üçün partlayıcılardan və texnikadan istifadə edib. Yayılan görüntülərdə terrorçular türbələrin tapınaq anlamına gəldiyini və bunun isə dinə zidd olduğunu bildirir, buna görə də onları dağıtdığını vurğulayırlar.
Qeyd edək ki, İŞİD terrorçuları bundan öncə də İraq və Suriya ərazisində müsəlmanların müqəddəs saydığı bir neçə türbəni, qəbiristanlığı dağıdıblar.