Ağcabədidə bir ailə pomidor turşusundan zəhərləndi
Pomidor turşusu bir ailəni xəstəxanalıq edib. APA TV-nin məlumatına görə, hadisə bu gün Ağcabədi rayonunun İmamqulubəyli kəndində baş verib. Kənd sakinləri Leyla Zeynalova, oğlu Babək, qızı Aytən və qohumu Malik Zeynalov qidadan zəhərlənmə ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.