Dilənçinin bankda 13 milyon dolları varmış
İranın Qərbi Azərbaycan vilayətində bir dilənçinin 13 milyon dollarının olduğu məlum olub.
64 yaşlı dilənçinin üzərində 4 min dollar, bank hesabında isə 13 milyon dollar dəyərində İran riyalı olduğu bildirilir. İRNA-nın xəbərinə görə, Dilənçiliklə Mübarizə Xidmətinin keçirdiyi əməliyyatlarda 13 nəfər dilənçi saxlanılıb. Onlardan 11-i ölkənin digər əyalətlərindən olub. Dilənçilərin üzərində olan pullar dövlətin hesabına keçirilib.
Üzərindən 4 min dollar çıxan şəxsin təhqiqatdan sonra bankda 13 milyon dolları olduğu məlum olub. Dilənçinin bank hesabındakı pullar dövlətin hesabına köçürülüb. Həmin pullara Sosial Xidmətlər Mərkəzinin tikilməsi nəzərdə tutulur.
13 milyona sahib dilənçinin əvvəllər səyyar satıcı işlədiyi, dilənçiliyə sonradan başladığı bildirilir.