DSX rəisi Horadizdə qəbul keçirib
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev Horadiz şəhərində vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, Horadiz Sərhəd Dəstəsinin qərargahında keçirilən görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi Füzuli və Beyləqan rayonlarından 40 nəfər vətəndaşın müraciətini dinləyib. Qaldırılan məsələlərin bəzilərinin yerində həlli üçün DSX rəisi tərəfindən tapşırıqlar verilib. Aidiyyat üzrə olmadan qaldırılan məsələlər isə müvafiq nazirlik və dövlət ququrmlarına göndərilməsi üçün qeydiyyata alınınb.