Sərnişinlər təkəri donan təyyarəni itələyərək hərəkətə gətirmək istədilər
Rusiyanın İqarka şəhərində maraqlı hadisə baş verib. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, şəhər aeroportundakı bir təyyarə havanın çox soyuq olması səbəbindən havalana bilməyib. Çünki mənfi 52 dərəcə şaxta nəticəsində təyyarənin təkərləri buz bağlamış yerə yapışıb. Təyyarədə həmin vaxt 70 sərnişin olub. Bu zaman ekipaj və sərnişinlər aşağı enərək təyyarəni itələməyə cəhd ediblər. Lakin onların cəhdi boşa çıxıb. Yalnız bundan sonra bir sutkadan artıq açıq havada qalan təyyarənin şassilərini aviaşirkətin əməkdaşları xüsusi maye ilə asfaltdan xilas edə biliblər.