Saxlanılan şəxs: "Silahları anamın qəbrinin yanında basdırmışdım..."

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında İran vətəndaşı, 29 yaşlı Famil Şirini külli miqdarda narkotik vasitə olan tiryəki satmaq istəyərkən yaxalayıblar. Famil Şirinin əlindəki bağlamadan 23 kiloqram 360 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.

 

APA TV-nin xəbərinə görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə qanunsuz odlu silah və komponentlərini əldə edib saxlama və satmaqda təqsirli bilinən şəxsi yaxalayaraq məsuliyyətə cəlb ediblər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 50 yaşlı Elman Məhərrəmov 2 ədəd “F1” əl, 2 ədəd isə “RQD 5” qumbaralarının alışdırıcıları ilə birgə satarkən cinayət başındaca yaxalanıb: "Anamın qəbrinin yanında basdırmışdım, çıxarıb üstünü təmizlədim. Müştəri tapdım, satmaq istəyəndə polis əməkdaşları tutdular".

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv