“VAZ 2106” kanala düşdü, maşındakı ata-oğul xilas edildi
Dünən axşam saatlarında Samur-Abşeron kanalının Quba rayonun Barlı kəndi ərazisindən keçən hissəsində minik maşını kanala düşüb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Palçıq-oba kənd sakini Pirəmməd Şükürovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil kanala düşüb. Hadisə zamanı maşında sürücü ilə bərabər oğlu da olub. Kənd sakinlərinin köməkliyi ilə ata və oğul xilas edilib.
Faktla bağlı araşdırma aparılır.