"Qarabağ"dan Fransada mühüm xal: ümid son tura qaldı
Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxıb.
Ağdam klubu səfərdə Fransa “Sent Etyen”i qarşılaşıb. Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlmək şansını saxlamaq üçün səfərdə mütləq xal qazanmalıydı.
Qarşılaşmada hesabı "Qarabağ" açdı. Qarşılaşmanın 15-ci dəqiqəsinə gözəl uzaq ötürməni qola çevirməyi bacardı.
"Qarabağ"ın hesabdakı üstünlüyü cəmi 6 dəqiqə davam edib. 21-ci dəqiqədə “Sent Etyen” hesabı bərabərləşdirdi. "Qarabağ"ın qapısından topu Riki van Volfsvinkel keçirdi. İlk hissə bu hesabla başa çatdı.
İkinci hissədə “Sent Etyen” daha üstün idi. Lakin "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin səhvsiz və cəsarətli oyunu Fransa klubunun ikinci qolu vurmasına imkan vermədi. "Qarabağ" isə ikinci hissəni daha çox müdafiədə oynadı və qol vurmağa meyllənmədi. Oyun 1:1 hesabı ilə başa çatdı.
Qrupun digər oyununda isə İtaliya "İnter"i Ukrayna "Dnepr"ini qəbul edib. Həmin oyunda da "Qarabağ"a sərf edən nəticə qeydə alınıb. Belə ki, italyanlar 2:1 hesabıyla qalib gəliblər. "Qarabağ" qrupdakı son oyununu Bakıda "İnter"ə qarşı keçirəcək. Qrupdan növbəti mərhələyə yüksələn ikinci komanda da həmin gün müəyyənləşəcək.