"Beşiktaş" və "Trabzonspor" növbəti mərhələdə

Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klubları Avropa Liqasında növbəti mərhələyə yüksəlib. "Beşiktaş" turnirin 5-ci tutunda səfərdə Yunanıstanın "Asteras" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə bitib.

 

Qrupdan çıxmaq üçün 1 xalın kifayət etdiyi "Beşiktaş" 15-ci dəqiqədə hesabı açıb.

 

 

İlk hissə "Beşiktaş"ın bir qolluq üstünlüyü ilə başa çatıb. İkinci hissədə "Beşiktaş" üstünlüyünü iki topa çatdırıb. 62-ci dəqiqədə Gökhan Törə penaltidən fərqlənib.

 

72-ci dəqiqədən sonra isə hadisələr "Beşiktaş"ın əleyhinə çevrilib. "Astares" Barralesin qolu ilə hesab arasındakı fərqi azaldıb. Qoldan sonra hakimə etiraz edən "Beşiktaş"ın futbolçusu Atiba ikinci sarı kartla meydandan qovulub. 82-ci dəqiqədə Yunanıstan klubu hesabı bərabərləşdirib.

 

"Trabzonspor" isə 10 nəfərlə Xarkov "Metallist"ini məğlub edib. Oyun "Trabzonspor"un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə klubu meydanda 10 nəfərlə qalsa da, mübarizəni sona qədər davam etdirib və oyunun bitməsinə 5 dəqiqə qalmış vurduğu qolla "Metallist"i məğlub edə bilib. Bu nəticə "Trabzonspor"a növbəti mərhələyə  vəsiqə qazandırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv