Ermənilər mövqelərimizi atəş altında saxlayırlar

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub. Nazirlikdən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Hacıalılı kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Yusifcanlı, Novruzlu, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.  

 

Müəllif | Apa.Tv
Apa.tv