Dünya futbolunun əfsanəsi Pele Azərbaycana gəlir
Dünya futbolunun əfsanəsi Pele Azərbaycana gəlməyə hazırlaşır. APA TV-nin “Los Angeles Times”a istinadən verdiyi xəbərə görə, bu barədə üçqat dünya çempionunun nümayəndəsi Pol Kemsli açıqlama verib. Kemsli deyib ki, hazırda xəstəxanada müalicə olunan Pele qarşıdan gələn müxtəlif bayramları ailəsi ilə birlikdə dünyanın başqa-başqa yerlərində qeyd etmək qərarına gəlib. Onun gəzmək istədiyi ölkələr arasında Azərbaycanla yanaşı Avstraliya, Çin, Nigeriya da var. Əfsanə futbolçu Azərbaycana 2015-ci ilin əvvəlində gəlməyi planlaşdırır.