Xaçmaz sakini sirkə turşusu içib

Xaçmaz rayon sakini sirkə turşusundan zəhərlənib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun Köhnə Xaçmaz kənd sakini 41 yaşlı Elçin Sultanov sirkə turşusu içib. O, ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xaçmaz MRX-nın həkimi Qırxlar Rəhimovun verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır. Xəstənin zəhərlənmə səbəbi məlum deyil. Onun bu hərəkəti bilərəkdən və ya bilməyərəkdən etdiyi araşdırılır.

 

Qeyd edək ki, Elçin Sultanovun psixi-nevroloji problemlərinin olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan