Nazir Kəmaləddin Heydərov Mingəçevirdə qəbul keçirib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarının qəbul edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, nazir Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxıb. Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub. Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. Fövqəladə hallar naziri, nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciəti dinlənilib, onların bir qismi yerindəcə öz həllini tapıb.

 

Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılmaqla yanaşı, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov