Oqtay Əsədov: "Beynəlxalq təşkilatlar müstəqil deyil"

“Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, onu bağışlamayacağıq”. APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Bahar Muradova deyib: "Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması bəzi insanlar üçün məhdudiyyətlər yaradır. Avropa Parlamentinin rəhbəri Martin Şults və digərlərinin açıqlamalarında diqqət çəkən məqam odur ki, onların Azərbaycanda bir nəfər də azadlıqda tərəfdaşı qalmayıb. Onlara demək istəyirəm ki, sizin Azərbaycanda tərəfdaşlarınız yalnız Leyla Yunus və ya onun kimi digər məqsədlərə xidmət edən 3-5 nəfərdir, yoxsa, bütövlükdə Azərbaycan?"

 

Bahar Muradova əlavə edib ki, Azərbaycanda heç kimə təzyiq olunmur. Millət vəkili Siyavuş Novruzov bildirb ki, Azərbaycana qarşı yönələn çıxış və bəyanatlar ölkədəki inkişafın və ictimai-siyasi sabitliyin bir çoxunu narahat etməsindən qaynaqlanır.

 

Millət vəkili Qüdrət Həsənquliyev Avropanın Azərbaycanı tənqid etməsinin arxasında qeyri-səmimi məqsədlərin dayandığını bildirib. Çıxış edən digər millət vəkilləri də Avropanı Azərbaycana qarşı bu qərəzli mövqedən əl çəkməyə çağırıb. Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov isə qeyd edib ki, mötəbər təşkilatların heç birində müstəqillik yoxdur: “Bu mötəbər təşkilatlara bel bağlamaq olmaz, onların mötəbərliyi bir xəttə qədərdir. Avronest, Avropa Parlamentinin adı var, ozü yoxdur. Onlar sadəcə kiçik məsələlərlə Azərbaycana təzyiq göstərməyə çalışır”.

 

Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa isə məscidlərlə kameraların quraşdırılmasını vacib sayıb.

 

İclasda Əmək Məcəlləsinə dəyişiklik edib. Bundan sonra əmək qanunvericiliyinin tələblərini pozanlardan toplanan cərimələrin 25%-i müvafiq icra hakimiyyəti orqanının saxlanılmasına yönələcək.

Plenar iclasın gündəliyinə daxil olan 15 məsələ də müzakilərədən sonra qəbul edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı