Milli Məclis 2015-ci ilin dövlət büdcə zərfini qəbul edib

"2015-ci il üçün dövlət büdcəsində elmə ayrılan xərclər 8 milyon manat artırılıb".

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib: "2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Bunun tam məbləğdə partiyalar arasında bölüşüdürülməsi nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq. Bununla yanaşı, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Millət vəkillərinin fikirlərini əsas götürərək, hökumət əlavə 600 min manat artırılması təklifini qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə olan qayğının təzahürüdür”.

 

Samir Şərifov qeyd edib ki, millət vəkillərinin üçgünlük müzakirələrdə səsləndirdiyi təkliflərə hökumətdə baxılıb və büdcədə bəzi dəyişikliklər edilib: "Bələdiyyələr üçün nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı deputatlar təkliflər irəli sürüblər. Bir neçə il ərzində bələdiyylərə ayrılan vəsaitin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89% təşklil edib. Bələdiyyələrin gəlirləri əsasən, əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi hesabınadır. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil”.

 

İclasda büdcə məsələsinə daxil olan altı qanun layihəsi qəbul edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı