Aydın Əliyev Hacıqabulda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Hacıqabulda vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, görüşdə Hacıqabul və Kürdəmir rayonundan olan vətəndaşlar iştirak ediblər. Müraciətlər əsasən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsilə bağlı və gömrük orqanlarına işə qəbulla əlaqədar olub. Bəzi müraciətlər yerində həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə aidiyyatı orqanlara çatdırılması üçün qeydiyyata götürülüb.