Ermənistanda kütləvi zəhərlənmə: 15 uşaq xəstəxanaya yerləşdirildi
Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə olub, 15 uşaq xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara görə, uşaqlar qida məhsullarından zəhərlənib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Eqvard şəhərində qeydə alınıb. Nəticədə 13 uşaq yerli xəstəxanaya, daha 2 uşaq isə İrəvandakı xəstəxanaya yerləşdirilib. Zəhərlənən uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir. İlkin ehtimallara görə, uşaqlar qida məhsullarından zəhərlənib.