Kobani uğrunda həlledici döyüşə hazırlıq başladı


Türkiyə-Suriya sərhədində yerləşən Kobani qəsəbəsi uğrunda döyüşlərin başlamasından 11 həftə ötür. APA TV-nin məlumatına görə, hazırda qəsəbənin 80 faizi kürd peşmərgələrin, 20 faizi İŞİD-in nəzarəti altındadır. PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin rəhbərlərindən biri Kobani uğrunda həlledici döyüşə hazırlaşdıqlarını açıqlayıb. Döyüşün yaxın günlər ərzində gerçəkləşəcəyi gözlənilir. BBC telekanalı isə qəsəbənin hazırkı vəziyyətinə dair görüntülər yayımlayıb. Görüntülərdə Kobani küçələrinin xarabalıqlara çevrildiyi görülür. 

Müəllif | Apa.Tv
Apa.tv