Türkiyənin "Bəyaz ay" cəmiyyətinin rəhbəliyi Bakıdadır
“Dünyada 1 milyarddan çox əlil var. Əlillərin sayının çoxalması həm də insanların yaşının artması ilə bağlıdır. Dünyanın əksər ölkələrində bu qəbildən olan insanları sağlamlığı, onların sosial vəziyyəti, istirahəti diqqətdə saxlanılır. Məsələn, bu gün Türkiyədə 450 min əlilə evdə qulluq göstərilir. Bunu Türkiyə “Bəyaz ay” dərnəyinin təşkilatçılığı ilə keçirilən “Türkiyə Azərbaycan Əlillərinin Dostluq Günü” beynəlxalq simpoziumunda Türkiyənin sabiq təhsil naziri, İstanbul millət vəkili Nimet Baş deyib.
"Mən nazir olduğum dövrə qədər 10 min 883 əlil əmək fəaliyyəti ilə məşğul idisə, hazırda onların sayı 34 min 466 nəfərdir”.
Türkiyə "Bəyaz ay" dərnəyinin baş direktoru Lokman Ayva bildirib ki, Azərbaycanın dövlət strukturlarında və parlamentdə səmərəli görüşlər keçirib. Simpoziumda əlillərin durumu, onların problemlərinin həlli sahəsində təcrübə mübadiləsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
“Bəzən iş tapacağını düşündüyünüz bir yerə gedən zaman qapıdan buraxılmadığınız, ata və ananızın sizdən imtina etmək istədiyi anlar olur. Dünyanın hər yerində əlillərlə bağlı belə hallara rast gəlinir. Biz hər kəsin yaxşı duyğularla yaşadığı dünya qurmaq istəyirik. İstər əlil olsun, istər olmasın, gözəl duyğularla yaşamağa hər kəsin haqqı var. Mən Azərbaycanda belə gözəl duyğuların şahidi oldum. Şəxsən Azərbaycanda gözəl qarşılanacağımı bildirdim. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında əlillərlə bağlı yaxşı layihələr başlanacağı müjdəsini vermək istəyirəm”,
Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, əlillərlə bağlı iki ölkə arasında əməkdaşlığın qurulması çox mühümdür
“İş adamları belə insanlar üçün şərait yaratmalıdırlar ki, onlar da özlərini bizim kimi hiss etsinlər, təhsil alsınlar. Azərbaycanda əlillərin problemlərinin həlli, cəmiyyətə inteqrasiyası sahəsində addımlar atılıb. Bu sahədə əməkdaşlığın iki ölkə üçün faydalı olacağına inanıram”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə bildirib ki, Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri əlillərin, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, tələbatlarının ödənilməsidir.
"Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulub, qanunlar qəbul edilib. Əlillərin cəmiyyətə inteqrasiyası, mənzillə təminatı sahəsində mühüm işlər görülüb. Türkiyə "Bəyaz ay" dərnəyi böyük işlər görür. Hesab edirəm ki, Türkiyədə 76 filialı olan "Bəyaz ay"ın 77-ci filialı Azərbaycanda olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu filialın yaradılmasına kömək edəcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva isə deyib ki, bu tədbir iki ölkə arasında dostluğun, qardaşlığın nəticəsidir. Çıxış edənlərə Türkiyə "Bəyaz ay" dərnəyinin plaketləri təqdim edib.
İNTERŞUM
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türkiyə və Azərbaycanla qürur duyduğunu söyləyib.
“Vətəndaş cəmiyyətinin oyanışı, inkişafı Türkiyənin inkişafına böyük təkan verib. Türkiyə “Bəyaz ay” dərnəyinin uğurları bizi sevindirir. Digər tərəfdən, bir səfir olduğu ölkə ilə əlaqələrin inkişaf etməsini istəyər. Hər bir dövlət öz maraqlarını güdür, ancaq nə Türkiyə Azərbaycana, nə də Azərbaycan Türkiyəyə maraqlar prizmasından baxır. Çünki biz qardaş ölkələrik”.
Simpoziumda İstanbul Böyükşəhər Bələdiyyəsi Əlillər Mərkəzinin müdiri Bekir Köksal, TİKA-nın Azərbaycan koordinatoru Mustafa Haşim Polat, Türkiyənin sabiq təhsil naziri Nimet Baş, TBMM -ninin digər deputatları iştirak edib. Simpozium çərçivəsində “Cəmiyyət və əlillərin inteqrasiyası” və “Təhsil ilə maneələrin aşılması” mövzusunda panellər təşkil olunub.