"Baron"nun həyat yoldaşı həbs edildi
Nəsimi polisi cibgir qadını şübhəli şəxs qismində saxlayıb. 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Esmira Əmirova oğurluq etdiyinə görə məsuliyyətə cəlb edilib. APA TV-nin məlumatına görə, əvvəllər 2 dəfə eyni əmələ görə məhkum olunan Esmira Əmirova ötən ay Nizami polis idarəsinin əməkdaşları tərəfindən həbs olunan cibgirlərin baronu sayılan 1971-ci il təvəllüdlü Əmirov Sahib Əsgər oğlunu həyat yoldaşıdır. Qeyd edək ki , Sahib Əmirov və Esmira Əmirova əsasən 8 kilometr ərazisində cibgirliklə məşğul olublar. Ötən ay hər ikisi iş başında tutulsa da sonradan Esmira Əmirova sərbəst buraxılıb. 2 cibgirlik faktında təqsirli bilinən Əmirovanın digər epizodlarda iştirakı istisna olunmur.