Ailə Strategiyası haqqında layihə hökumətə təqdim olunacaq
“Azərbaycanın Ailə Strategiyası hazırdır, ilin sonunadək hökumətə təqdim olunacaq”. Bunu APA TV-yə müsabibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib.
Aynur Sofiyeva AQUPD sədrinin müavini
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyn məsuliyyəti ilə bağlı da qanun layihəsi hazırlayıb . Ailə Strategiyasında ailə məsələlərinə strateji baxış, dərin təhlil və gələcək fəaliyyətin istiqamətləri əksini tapıb. Ailə Strategiyasında aztəminatlı, çoxuşaqlı ailələrlə bağlı məsələlər nəzərdə tutulub. Ümumiyyətlə, ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər sənəddə əksini tapacaq”.
Aynur Sofiyeva deyib ki, Ailə Strategiyasının hazırlanması ilə əlaqədar Dövlət Komitəsi müvafiq qurumlarla əməkdaşlıq edib, təkliflər öyrənilib, bunun əsasında sənəd hazırlanıb. Sədr müavini qeyd edib ki, Dövlət Komitəsi valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi də hazırladığını, hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsində olduğunu nəzərə çatdırıb. Sənəddə Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər nəzərdə tutulur”.