Şəkidə 79 yaşlı qadın və 74 yaşlı kişi intihar edib

Şəkidə bir gündə iki nəfər intihar edib. Şəki şəhər-rayon Polis Şöbəsindən APA TV-nin  Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisələrdən biri rayonun Orta Zəyzit, digəri isə Qoxmuq kəndində qeydə alınıb.

 

Orta Zəyzit kənd sakini, 79 yaşlı Minayə Lətif qızı Mahmudova özünü yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asıb.

 

Rayonun Qoxmuq kənd sakini, 1941-ci il təvəllüdlü Rəhman Davud oğlu Rəsulov isə yaşadığı evin tavanından özünü asaraq öldürüb. Onların hansı səbəbdən intihar etdiyi məlum deyil.

 

Hər iki faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv