Bakıda daha bir yol təmirə bağlandı
Badamdar şossesinin Abbasqulu Abbaszadə küçəsi ilə kəsişməsindən Badamdar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilib. Təmir işlərinin 6 günə yekunlaşdırılması planlaşdırılır.
Verilən digər məlumata görə, Moskva prospektində 20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.