Kürdəmirdə qatar kişinin üstündən keçib

Kürdəmir sakini qatarın altında qalaraq ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 23:30 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Əflan Comərdov yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttini keçərkən ehtiyatsızlıq edib və qatar onun üstündən keçib. Bədəni iki yerə bölünən Əflan Comərdov hadisə yerində keçinib. 

 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov