Sumqayıtda "Cici" ləqəbli oğru tutulub

Sumqayıt ŞPİ-nin əməkdaşları oğurluqda şübhəli bilinən 27 yaşlı oğlanı saxlayıblar. APA TV-nin məlumatına görə, o, azyaşlı məktəbli qızların sırğalarını oğurlamaqda təqsirləndirilir. "Cici" ləqəbi ilə tanınan Hadıyev Ceyhun Mirsəftər oğlu oyuncaq və digər əşyalar verəcəyini deyərək azyaşlı qızları aldadıb, onların qulağından qırğalarını açıb. Əvvəllər məhkum olunmuş Ceyhun Hadıyev keçirilən əməliyyatla yaxalanıb. Onun 9 cinayət faktında iştrakı təsdiqlənib. Məlum olub ki, o, cinayət əməllərini əsasən, Bakının Binəqədi rayonun ərazisində törədib.

 

Müəllif | Apa.Tv