Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərdə birgə hərbi təlim keçirəcək

Gələn il Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, üçtərəfli təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək. Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək. Rusiya Cənib-Şərq Dairəsindən bildiriblər ki, Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcəklər. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.

 

Qeyd edək ki, “Buyan” və “Buyan-M” gəmiləri ilk dəfə beynəlxalq təlimlərdə iştirak edəcək.

Müəllif | Apa.Tv
Apa.tv