Mağazadan oğurluq edən 16 yaşlı oğlan tutulub
Gəncə şəhərində oğurluq faktının üstü açılıb. Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də Yusif Qasımova məxsus ərzaq mağazasından 1500 manat dəyərində müxtəlif növ tütün məmulatları, şokoladlar və energetik içkilər oğurlayan şəxs saxlanılıb.
Məlum olub ki, oğurluğu şəhər sakini, bir dəfə məhkumluq həyatı yaşayan 16 yaşlı Samir Nəcəfov törədib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.