Yasamalda sərxoş sürücü qəza törədib qaçdı
Bakıda qəza törədən sürücü hadisə yerindən qaçıb. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu Nəriman Nərimanov prospektində qeydə alınıb. Hələlik sürücüsünün kimliyi məlum olmayan "Daewoo" markalı avtomobillə Emin Orucovun idarə etdiyi "Toyota" toqquşub . Qəzadan sonra "Daewoo"nun sürücüsü hadisə yerini tərk edib. Şahidlərin iddialarına görə, qaçan sürücü sərxoş olub.
Əraziyə Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəza törədərək qaçan "Daewoo"nun sürücüsünün axtarışlarına başlanılıb.