Bakıda 15 avtomobili talayan yeniyetmə yaxalanıb

Bakıda 17 yaşlı oğlan tutulub. Nəsimi rayon Polis İdarəsinin (RPİ) 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ayırı-ayırı vətəndaşlara məxsus 15 avtomobili talamaqda, avtomobillərdən oğurluğa cəhddə, avtomobillərə maddi ziyan vuraraq əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamal Mirəliyev saxlanılıb. İstintaqla müəyyən edilib ki, Kamal Mirəliyev oğurluğu gecə saatlarında törədib. Avtomobillərdən oğurluq yolla əldə etdiyi pulları xərcləyib, xüsusi alətlə çıxartdığı avadanlıqları isə dəyər -dəyməzinə satıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv