Gəncədə "Mercedes"lə toqquşan avtomobil işıq dirəyinə çırpıldı

Ötən gecə Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Şəhər sakini Bəxtiyar Məcidli idarə etdiyi “Mercedes" markal maşınla prospektlə hərəkədə olarkən Anar Əliyevin idarə etdiyi “Mercedes"lə toqquşub. Qəzadan sonra Anar Əliyev idarə etməni itirib yolun kənarındakı işiq dirəyinə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, hər iki maşın yararsız hala düşüb. İlkin ehtimala görə qəzaya səbəb avtomobilərdən birinin düzgün manevr etməməsidir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli