İki yük maşını toqquşdu, Nobel prospektində uzun tıxac yarandı

Bu gün saat 12.30 radələrində Bakının Nobel prospektində yol-nəqliyyat hadisə baş verib. APA TV-nin xəbərinə görə, iritutumlu yük maşınlarının toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü yüngül bədən xəsarəti alıb. "Azəryolservis" ASC-yə  məxsus 90 XT 430 dövlət nömrə-nişanlı, "MAN" markalı avtomobilin sürücüsü sola hərəkət edərkən 90 TM 885 nömrə-nişanlı "HOVA" markalı maşına çırpılıb. Nəticədə Nobel prospektində tıxac yaranıb.

 

Hadisə yerinə DYP əməkdaşları gəliblər. Qəzanın səbəbi aparılan avto-texniki ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

Müəllif | Apa.Tv