Bakıda orta məktəbdə qaz iyi hiss olunub, şagirdlər təxliyyə edilib

Bakıda orta məktəbin şagirdləri təxliyyə edilib. Buna səbəb məktəbdə qaz qoxusunun hiss olunması, bir neçə şagirdin halının pisləşməsi olub. Hadisə Nərimanov rayonunda, 20 sayılı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, bir neçə ambulans çağırılıb. Şagirdlər məktəbdən çıxarılıb. Özünü pis hiss edən şagirdlərə ambulator yardım edilərək evə göndərilib. Məktəbdə axtarış aparılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının verdiyi məlumata görə, məktəbdə qaz xətti yoxdur. Qazın bura haradan sızdığı araşdırılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı