«Bakutel-2014» sərgisi açıldı

Bakıda «Bakutel-2014» 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransının açılışı olub. APA TV-nin məlumatına görə, sərginin açılışında Azərbaycanın hökumət nümayəndələri, ayrı-ayrı dövlət və özəl qurumların təmsilçiləri, diplomatlar, xarici qonaqlar iştirak ediblər.

 

Builki  sərgində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edir. Sərgiyə ziyarətçi qismində bir sıra ölkələrin rabitə nazirlərinin başçılığı altında nümayəndə heyətləri qatılıb.

 

Azərbaycan yüksək texnologiyalar  və rabitə naziri Əli Abbasov nümayiş olunan məhsullar barədə danışıb: "Bugünkü sərgidə şirkətlər yeni məhsullar nümayiş etdirir. Burada qadınların internetdən daha rahat istifadə etməsi üçün yeni sistem təqdim edilir. Eyni zamanda uşaqları internetin zərərlərindən qorumaq üçün yaradılan sistemin təqdimatı keçiriləcək".  

 

Sərgidə bir sıra şirkətlər texnologiya səhəsində yeni ixtiralarını nümayiş etdirib.

 

“Bakutel” sərgisində Azərbaycan, Argentina, Almaniya, ABŞ, Belarus, BƏƏ, Kanada, Çin, Estoniya, Xorvatiya, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, Yaponiya, Litva, Rusiya, Sloveniya, İsveçrə və Türkiyədən şirkətlər təmsil olunur.

 

Müəllif | Apa.Tv