İŞİD liderinin oğlu və arvadı tutulub
İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadinin arvadı və oğlu Livanla Suriya sərhədində tutulub. APA Tv-nin məlumatına görə, xəbəri Livanda çap olunan "əs-Səfir" qəzeti yayıb. İddiaya görə, Livan hərbi kəşfiyyatı xarici kəşfiyyat qüvvələri ilə birgə Bağdadinin arvadlarından birini və oğlunu sərhəd keçid məntəqələrindən birində yaxalayıb. Xəbərdə saxta şəxsiyyət vəsiqəsi ilə tutulan hər iki şəxsin paytaxt Beyrutun şərqində yerləşən Müdafiə Nazirliyinin binasına aparıldığı qeyd olunur.