Ortaq Türk Telekanalı yaradılır
“Ortaq Türk Telekanalı yaradılır, artıq televiziyanın struktur layihəsi hazırlanıb".
APA TV-nin xəbərinə görə, bunu bu gün TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının Bakıda keçirilən iclasında Türk Şurasının layihə direktoru Zamin Əliyev deyib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə deyib ki, təklifi bu ilin iyun ayında türkdilli ölkə başçılarının Bodrumda keçirilən zirvə görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb, sonra koordinasiya qrupu yaradılıb.
Kanalın adı “Eurasia Life” kimi qəbul olunsa da, adın dəyişdirilməsi də mümkündür. Telekanal “Al Jazira”, “Euronews” kimi beynəlxalq status daşıyacaq. Hazırda sınaq yayımları gedir və telekanal tezliklə fəaliyyətə başlayacaq.