Samuxda maşın hasara çırpıldı, 22 yaşlı oğlan öldü
Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonunun Nəbiağalı qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini, 22 yaşlı Eşqin Bayramov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yol ayırıcında hasara çırpıb. Nəticədə avtomobildə olan sərnişin - Gəncə şəhər sakini, 22 yaşlı Azər Bağırov hadisə yerində ölüb, sürücü və digər sərnişini, Daşkəsən rayon sakini, 22 yaşlı Elşən Quliyev ağır bədən xəsarətləri ilə Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azər Məmmədli