Fransa da Fələstini tanımağa hazırlaşır

Fransa parlamenti Fələstin dövlətinin tanınmasını tövsiyyə edən qərar layihəsini qəbul edib. APA TV-nin xəbərinə görə, qərarın lehinə 399, əleyhinə 151 nəfər səs verib.

 

Fransa Sosialist Partiyası tərəfindən Milli Məclisə təqdim olunan qərar layihəsini sosialistlərlə yanaşı, "yaşıllar" və kommunistlər dəstəkləyiblər. Milli Hərəkat Birliyindən olan millət vəkilləri isə qərara qarşı çıxıblar.

 

Tövsiyyə xarakteri daşıyan qərarda Fransa hökuməti Fələstin dövlətini tanımağa çağırılır. Proqnozlara görə, rəsmi Paris tezliklə bu addımı ata bilər. Avropa Birliyi ölkələri arasında Fələstin dövlətini tanıyan sonuncu ölkə İsveç olub.

 

Qərarın qəbulundan sonra İsrailin Parisdəki səfiri etiraz bəyanatı verib. O, qərarın lehinə səs verənləri Fələstin probleminin həllində ortaq məxrəcə gəlmə imkanını uzatmaqda günahlandırıb. Fələstin hökuməti isə Fransa parlamentinin qərarını alqışlayıb və rəsmi Parisin də Fələstini rəsmən dövlət olaraq tanıyacağını gözlədiyini bəyan edub.

 

Qeyd edək ki, indiyədək Fələstini 135 ölkə tanıyıb. BMT Baş Assambleyası isə iki il əvvə Fələstinə "mühaşidəçi dövlət" statusu verib. 

Müəllif | Apa.Tv
Apa.tv