Misirdə 188 nəfər ölüm cəzasına məhkum edilib

Misir məhkəməsi 13 polisin ölümünə görə 188 nəfəri ölüm cəzasına məhkum edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,  təqsirləndirilən şəxslər keçmiş prezident Məhəmməd Mursini dəstəkləyiblər. Onların oturaq aksiyasını  dağıdarkən baş vermiş toqquşmada 13 polis əməkdaşı həlak olub. 

 

Məhəmməd Mursi 2013-cü ildə devrildikdən sonra polislə toqquşmalarda bu vaxtadək onun 1400-dək tərəfdarı  öldürülüb. Bir neçə yüz nəfər məhkəmələr tərəfindən ölüm cəzasına məhkum olunub.

Müəllif | Apa.Tv
Apa.tv