Bakıda banklardan birinin binasında yanğın olub

Bakıda bankda baş verən yanğın söndürülüb. APA TV-nin məlumatına görə, yanğın bankın daxilində olan kombi sistemində qeydə alınıb. Bankın əməkdaşları dərhal binadan təxliyə edilib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri yanğının qarşısını alıblar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv